Bələdiyyə sədri ailəsi ilə birlikdə saxlanıldı – FOTO

Bələdiyyə sədri ailəsi ilə birlikdə saxlanıldı – FOTO

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Bursa bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çərçivəsində Bursa bələdiyyəsinin sədri də daxil olmaqla 50 nəfər nəzarətə götürülüb.

Məlumata əsasən, saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. Bələdiyyə sədrinin evində və bələdiyyə binasında axtarış aparılır.

Xatırladaq ki, dünən Türkiyənin Uşak bələdiyyəsinin sədri Özkan Yalım həbs olunub.