Məscidə hücum edildi: Yaralılar var - Bu ölkədə

Məscidə hücum edildi: Yaralılar var - Bu ölkədə

Şotlandiyada məscidin yaxınlığında bıçaq və balta ilə həyata keçirilən hücum nəticəsində 5 nəfər xəsarət alıb.

NOCOMMENT.az BBC-yə istinadən xəbər verir ki, insidentdən dərhal sonra hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib. Polis faktla bağlı araşdırmalara başlayıb, hadisənin motivi və hücum edən şəxsin kimliyi dəqiqləşdirilir.

Əli Səfərli,

NOCOMMENT.az