Zelenskidən sonra sabiq prezident də o addımı atdı - İmtina etdi

Zelenskidən sonra sabiq prezident də o addımı atdı - İmtina etdi

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Polşa Prezidenti Karol Navrokkinin Ukrayna liderlərini "Ağ Qartal" ordenindən məhrum etmək barədə qərarına sərt reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Poroşenko da həmin ali dövlət mükafatından imtina etdiyini açıqlayıb.

Sabiq prezident öz bəyanatında bu addımı qınayaraq bildirib:

"Prezident Karol Navrokkinin qərarını səhv və Ukrayna xalqına qarşı ədalətsizlik hesab edirəm. Təsadüfi deyil ki, artıq Medvedev bu qərarı alqışlayıb. Kreml həmişə Ukrayna ilə Polşa arasında birliyi zəiflədən hər bir addımı alqışlayır".

Poroşenko qeyd edib ki, hazırkı şəraitdə iki ölkə arasında həmrəyliyin pozulması yalnız ümumi düşmənin maraqlarına xidmət edir.

Əli Səfərli,

NOCOMMENT.az