TƏCİLİ! Baş nazir İSTEFA VERƏCƏK - Bu ölkədə

TƏCİLİ! Baş nazir İSTEFA VERƏCƏK - Bu ölkədə

Böyük Britaniyanın Baş naziri Kir Starmer partiya daxilində artan təzyiqlər fonunda vəzifəsindən istefa vermək ehtimalını nəzərdən keçirir. Bu barədə nüfuzlu "The Times" nəşri məlumat yayıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir vəziyyətin ciddiliyinin fərqindədir. Gözlənilir ki, Starmer qarşıdan gələn həftəsonunu ailəsi və həyat yoldaşı ilə məsləhətləşmələrə sərf edəcək. Məhz bu müzakirələrdən sonra o, hakimiyyətdə qalmaq və ya istefa vermək barədə yekun qərarını açıqlayacaq.

Nəşrin qeyd etdiyinə görə, Baş nazirin yaxın vaxtlarda geniş ictimaiyyət qarşısına çıxması gözlənilmir. Onun ictimaiyyətlə əlaqələr üzrə müşavirləri isə yaranmış böhranın Baş nazirin reputasiyasına vurduğu ziyanı minimuma endirmək üçün xüsusi "təsirin azaldılması planı" (damage limitation plan) hazırlayırlar.

Siyasi müşahidəçilər Starmerin rəhbərlik etdiyi hökumətin bir sıra daxili və xarici siyasi çağırışlar qarşısında çətinlik çəkdiyini və bunun partiya daxilində narazılıqları pik həddə çatdırdığını vurğulayırlar. Baş nazirin verəcəyi qərar Britaniya siyasi arenasında növbəti böyük dəyişikliyin başlanğıcı ola bilər.

Əli Səfərli, NOCOMMENT.az