Şənbə günü axşam saatlarında Pakistanın Kəraçi şəhərinin Gülistan-e-Cauhar rayonunda yerləşən "Pakistan Reyncərləri" hərbiləşdirilmiş təşkilatının qərargahına hücumu olub.
NOCOMMENT.az xəbər verir ki, yerli vaxtla təxminən saat 20:10-da hücumçulat qərargahın əsas qapısını minalanmış avtomobillə vuraraq içəri daxil olmağa çalışıblar. Hadisə yerində təhlükəsizlik qüvvələri ilə döyüşçülər arasında şiddətli atışma yaşanıb.
Polisin məlumatına görə, hücum nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin azı üç hərbçisi həlak olub. Döyüş zamanı terrorçulardan da ölən olduğu bildirilir ki, müxtəlif mənbələr onların sayının üç ilə beş nəfər arasında dəyişdiyini qeyd edir.
Hücumun məsuliyyətini az tanınan "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.
Sara,
NOCOMMENT.az











