Kadir İnanırı bu fotolarla yad etdi

Kadir İnanırı bu fotolarla yad etdi

Xalq artisti Firəngiz Mütəllimova ötən gün vəfat edən türkiyəli aktyor Kadir İnanırla bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında mərhum sənətçi ilə illər əvvəl çəkilən arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

F. Mütəllimova paylaşımında Kadir İnanırın vəfatından kədərləndiyini bildirib və "Türk filmlərinin dəyərli, ustad aktyoru Kadir İnanırın vəfat xəbəri bütün sevənləri kimi məni də çox kədərləndirdi. Gözəl qəlbli, Azərbaycanı sevən dəyərli sənətkar, Allah sənə rəhmət eləsin" sözlərini yazıb.