Ukraynaya məxsus M142 HIMARS reaktiv yaylım atəşi sistemi Çerniqov vilayətində Rusiya dronları tərəfindən məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Məlumata görə, HIMARS sistemi Rusiya sərhədindən təxminən 75 kilometr məsafədə, Çerniqov vilayətinin Xlopýaniki yaşayış məntəqəsi yaxınlığında “Zala” və “Orlan” tipli kamikadze dronların hücumuna məruz qalıb.
İddia olunur ki, ilk zərbə nəticəsində sistem sıradan çıxarılıb, ikinci zərbə isə onu tamamilə məhv edib. İlkin məlumatlara görə, zirehli kabin ekipajı qoruyub və hərbçilər sağ qalıb.
Hazırda yayılan məlumatlarla bağlı Ukrayna və ya digər rəsmi mənbələr tərəfindən təsdiq verilməyib. Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi gözlənilir.
Sara












