TƏCİLİ! Mossadın direktoru ABŞ-yə getdi –  İranla bağlı QƏRAR VERİLƏ BİLƏR

TƏCİLİ! Mossadın direktoru ABŞ-yə getdi –  İranla bağlı QƏRAR VERİLƏ BİLƏR

İsrailin kəşfiyyat xidməti Mossadın direktoru David Barnea İran ətrafında yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün cümə günü ABŞ-yə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, səfər İranda davam edən etirazlar və ABŞ-nin mümkün hərbi addımları fonunda baş tutub.

Məlumata görə, David Barnea Ağ Evin xüsusi elçisi Stiv Uitkoffla görüşməyi planlaşdırır. Bildirilir ki, Uitkoff İranın xarici işlər naziri Abbas Araqçi ilə əlaqə saxlayan əsas şəxslərdən biridir.

Xəbərdə qeyd olunur ki, tərəflər görüş zamanı İran daxilindəki siyasi vəziyyəti, regional gərginliyi və ABŞ-İsrail koordinasiyası çərçivəsində mümkün ssenariləri müzakirə edəcəklər. İran ətrafında gərginliyin artdığı bir dövrdə bu səfər Vaşinqtonla Təl-Əviv arasında məsləhətləşmələrin intensivləşdiyini göstərir.

Aliyə