Yakutskdan yayılan kadrlar Rusiyada ciddi müzakirə doğurub.
NOCOMMENT.az xəbər verir ki, şəhər sakinləri yerə atılmış ətin qarşısında uzun növbələr yaradıb. İnsanların soyuqda sıraya düzülərək yerə səpələnmiş ət parçalarını toplamağa çalışması sosial şəbəkələrdə böyük rezonans yaradıb.
Maraqlıdır ki, bu vəziyyət Rusiyanın ən zəngin regionlarından birində — ölkədə hasil olunan almazların 80%-dən çoxunun, həmçinin qızıl, uran və Mendeleyev cədvəlinin yarısına yaxın elementlərin çıxarıldığı Yakutiyada qeydə alınıb.
Təbii sərvətlərlə zəngin bölgədə insanların bu cür vəziyyətə düşməsi regiondakı sosial-iqtisadi problemlərin real mənzərəsini əks etdirir.












