Azərbaycanda güclü sel yolu uçurdu

Azərbaycanda güclü sel yolu uçurdu

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.