Kürdəmirdə ağır yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.
Belə ki, AUDİ markalı avtomobilin sürücüsü Aslan Mikayılov hərəkətdə olarkən binanın qarşısında keçən 2-si azyaşlı olmaqla, 4 nəfəri – 12 yaşlı Rafiq Abdullayev, 13 yaşlı Yağmur Əzizova, 40 yaşlı Şairə Əzizova və 61 yaşlı Şahnaz Abdullayevanı vurub.











