“İdrak” liseyində güllələnən müəllimə ilə bağlı yeni xəbər

“İdrak” liseyində güllələnən müəllimə ilə bağlı yeni xəbər

Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

“1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib. (oxu.az)