Su çərşənbəsində 2 nəfər xəsarət aldı

Su çərşənbəsində 2 nəfər xəsarət aldı

Ötən gün Su çərşənbəsində qalanan tonqallarda 2 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzə tonqalda yanma səbəbilə 2 çağırış qeydə alınıb: “Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Briqada tərəfindən 15 yaşlı (kişi) və 9 yaşlı (qadın) şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar”.