Sumqayıt şəhərində və ətraf qəsəbələrdə hava şəraiti kəskin dəyişib.
NOCOMMENT.az xəbər verir ki, güclü leysan və iriölçülü dolu şəhərdə ciddi çətinliklər yaradıb.
Yağışın qısa müddət davam etməsinə baxmayaraq, intensiv yağıntı nəticəsində şəhərin bəzi küçə və prospektlərini su basıb. Xüsusilə nəqliyyatın hərəkətində çətinliklər yaranıb, bəzi ərazilərdə avtomobillərin hərəkəti məhdudlaşıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrdə yaranan sel suları, dolu yağışı və əlverişsiz hava şəraitinin yaratdığı vəziyyət əks olunub. Bəzi qəsəbələrdə dolunun ölçüsü olduqca böyük olub və bir sıra avtomobillərə, eləcə də həyətlərə ziyan dəyib.
Hazırda ərazidə hava şəraitinin qeyri-sabit olaraq qaldığı bildirilir.
Sara,
NOCOMMENT.az












