Bu futbolçu “Qalatasaray”dan ayrılır

Bu futbolçu “Qalatasaray”dan ayrılır

Seneqal millisinin üzvü İsmayıl Yakobs “Qalatasaray”dan ayrılacaq.

NOCOMMENT.az xəbər verir ki, 26 yaşlı müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli olacaq.

Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar “Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir. İsmayılın “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə “Qalatasaray”a keçib.