Ermənistanda keçirilən parlament seçkiləri və Qərblə Moskva arasında yaranan xarici siyasət gərginliyi fonunda rəsmi İrəvandan diqqətçəkən bəyanat gəlib. Ermənistanın xarici işlər naziri Rusiya ilə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə toxunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ölkəsinin Rusiya Federasiyası ilə olan diplomatik və siyasi əlaqələrinin hazırkı durumunu qiymətləndirib. Nazir qeyd edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin fundamental şəkildə sağlamlaşdırılmasına ciddi ehtiyac duyulur.
Bununla yanaşı, erməni diplomatiyasının rəhbəri iki müttəfiq dövlət arasında son dövrlər müşahidə olunan gərginlik dalğasına da münasibət bildirib. Mirzoyanın qənaətinə görə, Ermənistan-Rusiya münasibətlərində yaranmış hazırkı gərginlik təbii deyil, tamamilə süni xarakter daşıyır.
Əli Səfərli,











