“Qarabağ”ın qapıçısı yunan klubuna keçdi

“Qarabağ”ın qapıçısı yunan klubuna keçdi

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Yunanıstanın “Panserraikos” klubuna keçib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı paylaşım edib.

25 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqavilə imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.

Qeyd edək ki, Quqeşaşvili 2022-ci ildən “Qarabağ”ın uğurları üçün çalışıb.