Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkə daxili pul köçürmələri ilə bağlı yeni məhdudiyyət müəyyənləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bankın qəbul etdiyi yeni qərara əsasən, 24 İyun 2026-cı il tarixdən, yəni bugündən ABB kartları vasitəsi ilə "m10" hesablarına pul köçürmək mümkün olmayacaq.
Eyni zamanda müştərilər öz "m10" hesablarından ABB kartlarına da pul köçürə bilməyəcəklər.
Digər köçürmə və ödəniş xidmətləri isə əvvəlki qayda da davam edəcək.
Bankın hansı səbəbdən belə bir qərar qəbul etməsi isə anlaşılmayıb və müştərilər tərəfindən qəribə qarşılanıb.\\milli.az













