Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 3,53% artaraq 1 barelə görə 75,29 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, NyuYorkun NYMEX əmtəə birjasında gələn ilin yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 4,40% artaraq 71,15 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 7,49% azalaraq 5,07 ABŞ dolları təşkil edib.