İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 1,04% azalaraq 1 barelə görə 72,93 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,23% azalaraq 69,86 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,15% artaraq 3,79 ABŞ dolları təşkil edib.












