Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 0,5% azalaraq 1 barelə görə 79,3 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,68% azalaraq 76,23 dollar olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,27% artaraq 4,873 ABŞ dolları təşkil edib.