İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 89,67 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq 88,55 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,1% artaraq 4,958 ABŞ dolları təşkil edib.












