Dünya bazarlarında neft və qazın qiyməti məlum olub

Dünya bazarlarında neft və qazın qiyməti məlum olub

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 3,91% azalaraq 70,57 dollar/barel təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin qiyməti 2,60% artaraq 67,90 dollar/barel təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin yanvar ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,50% artaraq 4,59 ABŞ dolları təşkil edib.