Dünya bazarlarında neft və qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neft və qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 80 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,62% azalaraq 77,07 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,59% azalaraq 4,861 ABŞ dolları təşkil edib.