Mingəçevirdə tələbə qətlə yetirilib.
NOCOMMENT.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin tələbəsi, Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

Hadisə “Miraj” restoranının ərazisində baş verib. Qonşuların dediyinə görə çoxsaylı bıçaq zərbəsi alan gənc tələbə iki gün idi ki, ”Miraj” restoranında ofisant kimi çalışırdı.
Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.
Mingəçevir Şəhər Polis Şöbəsinin Prokurorluq əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Yeniavaz.com











