Polis rəisinin intiharı ilə bağlı CİNAYƏT İŞİ açıldı

Polis rəisinin intiharı ilə bağlı CİNAYƏT İŞİ açıldı

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Rahib Mirzəyev təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.