Prokurorluq dili qoparılan uşaqla bağlı MƏLUMAT YAYDI

Prokurorluq dili qoparılan uşaqla bağlı MƏLUMAT YAYDI

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması, hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə NOCOMMENT.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.