Qayınanasını öldürüb, həyat yoldaşını ağır yaraladı

Qayınanasını öldürüb, həyat yoldaşını ağır yaraladı

Şəmkir rayonunda qətl törədilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov şəxsi münasibətlər zəminində qaynanası, 1963-cü təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb.

Məlumata görə, Mahizər Hüseynova yataq otağında yuxuda olduğu zaman bıçaqlanıb. O, kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Bundan sonra səs-küyə anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda dünyasını dəyişib. M.Hüseynova isə cərrahiyyə əməliyyatına alınıb.

Ailədə bundan əvvəl də zaman-zaman mübahisə yaşandığı, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Report