Qubada dörd tondan çox çətənə kolu aşkar edildi – FOTO

Qubada dörd tondan çox çətənə kolu aşkar edildi – FOTO

Quba rayonunda külli miqdarda çətənə kolu aşkar edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.