Meloni ilə Avropa liderləri arasında Ukrayna ixtilafı

Meloni ilə Avropa liderləri arasında Ukrayna ixtilafı

Avropa İttifaqı daxilində Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin formaları ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. İtaliyanın Baş naziri Ciorcia Meloni ilə digər aparıcı Avropa liderləri arasında Ukrayna böhranının nizamlanması məsələsində kəskin narazılıqlar meydana çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Repubblica" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, tərəflər arasında yaranan bu fikir ayrılıqları İtaliya hökumət başçısının avropalı həmkarları ilə planlaşdırılan bir sıra mühüm görüşlərdə iştirak etməməsinə (boykot etməsinə) səbəb olub.


Rəsmi Roma Ukrayna ilə bağlı bəzi radikal təşəbbüslərə kəskin şəkildə qarşı çıxmaqda davam edir. Bildirilir ki, İtaliya rəhbərliyi Qərb dövlətlərinin hərbi xidmətçilərinin və hərbi kontingentinin Ukrayna ərazisinə göndərilməsi barədə təkliflərə qəti etirazını bildirir. Bununla yanaşı, Meloni hökuməti rəsmi Kiyevin Avropa İttifaqına üzv qəbul edilməsi prosesində hər hansı bir tələskənliyə və növbədənkənar imtiyazların verilməsinə heç bir ehtiyac görmür.

Mütəxəssislər Meloninin bu mövqeyinin İtaliya daxilindəki ictimai rəy və iqtisadi risklərlə bağlı olduğunu, eyni zamanda Brüsselin Ukrayna strategiyasında ciddi çatların yarandığını göstərdiyini vurğulayırlar.


Sara

NOCOMMENT.az