13 azərbaycanlı Gürcüstandan deportasiya edildi

13 azərbaycanlı Gürcüstandan deportasiya edildi

2023-cü ilin yanvar-mart aylarında Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı qadındır. Onlardan 6 nəfəri (3 oğlan, 3 qız) 18 yaşına çatmayanlardır.

Cari ilin birinci rübündə Gürcüstandan ən çox deportasiya edilən əcnəbilər Azərbaycan vətəndaşları olublar.