Rusiya müharibənin 215-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 302 təyyarəsi, 155 helikopteri, 2 087 PUA-sı, 377 zenit-raket kompleksi, 5 114 tank və digər zirehli texnikası, 845 reaktiv yaylım atəş sistemi, 3 417 artilleriya və minaatanı, 5 904 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












