Müharibənin 64-cü günü üçün Rusiya MN Ukraynanın itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 142 təyyarəsi, 111 helikopteri, 614 PUA-sı, 276 zenit-raket kompleksi, 2 623 tank və digər zirehli texnikası, 299 reaktiv yaylım atəş sistemi, 1 146 artilleriya və minaatan, 2 431 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












