Ağsuda dağlıq ərazi yanır

Ağsuda dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən NOCOMMENT.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.