Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda son 24 saat ərzində koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib.
NOCOMMENT.az-ın gürcü mediasına istinadən xəbərinə görə, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, virusa yoluxanlardan biri kilsə ruhanisidir: “Həmin şəxsin məbəddə təmasda olduğu insanlar olmayıb. Belə ki, orada dini ibadət dindarlarsız keçirilir”.
Qeyd edək ki, Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) kəndi aprelin 1-dən və Savaneti (İmirhəsən) kəndi isə aprelin 15-dən tam təcrid olunub. İndiyədək rayonda COVID-19 infeksiyası 20 nəfərdə təsdiqlənib.












