Bolnisidə koronavirusa yoluxanların sayı artdı

Bolnisidə koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda koronavirusa 3 yeni yoluxma halı qeydə alınıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, onlardan biri təcili tibbi yardım xidmətinin əməkdaşıdır. Bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 55-ə çatıb. Həmin şəxslərin ikisi sağalıb, biri isə ölüb.

Hazırda rayon üzrə 392 nəfər özünütəcriddədir, 86 nəfər isə karantində saxlanılır.