Gürcüstanın baş naziri Giorgi Qaxarianın da koronavirus infeksiyasına (COVİD-19) yoluxduğu məlum olub.
NOCOMMENT.az xəbər verir ki, hökumət başçısının mətbuat xidmətindən verilən məlumata görə baş nazir özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.












