Sosial şəbəkələrin erməni seqmentində Moskvada yerləşən və guya “artsax” nümayəndəliyinə məxsus olan binanın kadrları paylaşılır.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, professor Kamran Rüstəmov həmin binanın mənşəyini araşdırıb.
Onun sözlərinə görə, Moskva şəhəri, Erməni döngəsi, 1 ünvanında yerləşən tikilinin ermənilərə aidiyyəti yoxdur: “Yalandır! Moskvada heç bir nümayəndəlik açılmayıb! Həmin bina “Kutuzov Prospekti” daşınmaz əmlak agentliyinə məxsusdur, burada kirayəlik ofislər yerləşir, biznes mərkəzidir. Binanın ermənilərə aidiyyəti yoxdur”.












