Ermənilər Ağdama əllidən çox top mərmisi atdılar

Ermənilər Ağdama əllidən çox top mərmisi atdılar

Noyabrın 4-də saat 10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşə tutmaqda davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.

Dinc sakinləri hədəfə alan düşmən rayonun Qaradağlı, Mahrızlı, Çəmənli, Əhmədağalı, Qərvənd və Böyükbəyli kəndlərinə ümumilikdə 60-a yaxın top mərmisi atıb.

Ermənilərin atdığı top mərmilərdən biri Böyükbəyli kəndi ərazindəki otlaq sahəyə düşüb. Nəticədə 4 baş qoyun tələf olub.