Ermənilər Tərtərə əlliyədək top mərmisi atıblar

Ermənilər Tərtərə əlliyədək top mərmisi atıblar

Noyabrın 4-də saat 08-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.

Dinc sakinləri hədəfə alan düşmən rayonun Hüsənli və Qazyan kəndlərinə ümumilikdə 45-ə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.