Ermənistan Müdafiə Nazirliyi: Xocavənd istiqamətində taktiki geri çəkilmişik

Ermənistan Müdafiə Nazirliyi: Xocavənd istiqamətində taktiki geri çəkilmişik

Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.

NOCOMMENT Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.

“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub”, – deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.

Modern.az