Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 401-ə çatıb. Ölənlərin sayı isə 2 nəfər daha artaraq 24-ə yüksəlib. Bildirilib ki, indiyədək 609 nəfər virusdan sağalıb.
Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 48 yoluxma faktı qeydə alınmışdı.












