Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 22-yə yüksəlib. İndiyə qədər xəstəliyə yoluxan 1 339 nəfərdən 580 nəfəri sağalıb. Son gün ərzində yoluxanların sayı 48 nəfər artıb.












