Ermənistanda polislər də koronavirusa yoluxublar

Ermənistanda polislər də koronavirusa yoluxublar

Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı açıqlanıb.

NOCOMMENT.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan Polisinin rəis müavini Ayk Mqryan bildirib ki, 124 polis əməkdaşı özünütəcriddədir, 30 nəfər karantinə yerləşdirilib, 20 test mənfi, 10 test müsbət nəticə verib. O əlavə edib ki, koronavirusa yoluxan polislərdən 5 nəfəri sağalıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 1 339 nəfər koronavirusa yoluxub, xəstəlikdən 580 nəfər sağalıb, 22 nəfər ölüb.