Güllələnmiş heykəllərin qaytarılmasına nə qədər vəsait xərclənib?

Güllələnmiş heykəllərin qaytarılmasına nə qədər vəsait xərclənib?

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstana aparılan “Güllələnmiş heykəllər”in alınmasına xərclənən məbləğ açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı danışıb.

O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib: “Həmin heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindədir”.

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: “2000-ci il dekabrın 23-də erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq”.