Yaxın Şərqdə regional müharibə alovlanmaqda və geosiyasi gərginlik idarəolunmaz həddə çatmaqda davam edir. Tərəflərin qarşılıqlı raket və hava zərbələrindən sonra regionda hərbi əməliyyatların miqyası daha da genişlənib.
NOCOMMENT.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə qarşı növbəti kütləvi hücum dalğasına start verib.
İsrail mediasının hərbi dairələrə istinadən yaydığı təcili məlumata görə, ordunun qırıcıları və pilotsuz uçuş aparatları İslam Respublikasının daxilindəki strateji hədəfləri növbəti dəfə atəşə tutmağa başlayıb. Bu yeni hücum dalğasının xüsusilə hansı hərbi obyektləri və ya infrastruktur məntəqələrini hədəf aldığı barədə hələlik rəsmi təfərrüatlar açıqlanmır.
Ekspertlər bu addımı İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı cavab əməliyyatının davamı və gərginliyi ən pik nöqtəyə çatdıran növbəti mərhələ kimi qiymətləndirirlər. Vəziyyətin inkişafı, zərbələrin fəsadları və tərəflərin rəsmi bəyanatları barədə əlavə məlumatlar daxil olduqca təqdim ediləcək.
Əli Səfərli,











