Gürcüstanda daha 22 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 370-ə çatıb. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5079 nəfər saxlanılır, stasionar müalicədə isə 558 nəfər var. Virusa yoluxmuş şəxslərdən 77-sı sağalıb, 3 nəfər isə vəfat edib.












