Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda daha 15 nəfərə koronavirus diaqnozu qoyulub.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 385 nəfərə çatıb. Onların 84-ü sağalaraq evə buraxılıb, 3-ü isə ölüb.

Karantində 5 053, stasionar nəzarətdə isə 527 nəfər var.