Gürcüstanda koronavirusa yoluxanların sayı dörd yüzə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı dörd yüzə çatdı

Gürcüstanda koronavirusa beş yeni yoluxma halı təsdiqlənib.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 399-a çatıb. Onların 93-ü sağalıb, 4-ü isə ölüb.

Karantində 4 782, stasionar nəzarətdə isə 503 nəfər saxlanılır.