Gürcüstanda daha doqquz nəfərdə koronavirus aşkarlanıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 408-ə çatıb. Onların 95-i sağalıb, 4-ü isə dünyasını dəyişib.
Hazırda karantində 4 779, stasionar nəzarətdə isə 561 nəfər saxlanılır.












